Kürdlər Qərbi Azərbaycana iddia edir: şənlik keçirdilər
İran parlamentinə 12-ci çağırış seçkilərinin nəticələrinin açıqlanması və iki kürd namizədin Urmiyadan qalib elan edilməsindən sonra şəhərdə aksiyalar keçirilib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə yerli sosial media fəalları paylaşımlar ediblər.
Şəhərin fərmandarlığı qarşısına toplaşan kürdlər "Urmiya Kürdüstan" şüarları səsləndirib, Azərbaycana qarşı torpaq iddialarını açıqca dilə gətiriblər.
Kürd partiyaları, Azərbaycana qarşı ərazi iddiası ilə tanınan cərəyanlar paylaşımlar edərək, kürdlərin qələbəsini təbrik ediblər.