Kurskda AES ərazisində yanğın: 5 bölgədə enerji kəsildi
Kursk AES-in yerləşdiyi Kurçatovda və transformator yarımstansiyasında yanğın baş verib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatorunun səlahiyyətlərini icra edən Aleksey Smirnov məlumat verib.
O bildirib ki, baş verən yanğınla əlaqədar qismən regionun beş rayonunda elektrik enerjisi kəsilib.
Smirnovun sözlərinə görə, Ukraynaya məxsus PUA vurulduqdan sonra qalıqları təhlükəli əraziyə düşüb. Bundan sonra yanğın başlayıb.