Kurskda rusların dayaq məntəqəsi darmadağın edildi

Ukrayna əsgərləri Kursk bölgəsində rus qoşunlarına güclü hava zərbəsi endiriblər.

Kurskda rusların dayaq məntəqəsi darmadağın edildi
Ukrayna əsgərləri Kursk bölgəsində rus qoşunlarına güclü hava zərbəsi endiriblər.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk bildirib.

Onun sözlərinə görə, PUA-nın idarəetmə mərkəzi, elektron döyüş bölməsi, avadanlıqlar, silahlar və 40-a qədər Rusiya hərbçisi vurulub.

O, güclü zərbənin görüntülərini də nümayiş etdirib:

"Hərbi Hava Qüvvələrinin yüksək dəqiqlikli Amerika GBU-39 bombaları ilə Kursk vilayətindəki taqım qalasına endirdiyi hava hücumu belə görüntülənir".