Laçın postundan keçən erməni Azərbaycan dilində danışdı: Hər şey qəşəngdir

Bu gün Xankəndi-Gorus istiqamətində Laçın postundan erməni əsilli şəxslərin növbəti dəfə sərbəst keçidinin təmin olunduğu, məntəqədən növbəti dəfə 100-ə yaxın şəxsin Ermənistan istiqamətinə sərbəst şəkildə keçidlərinin təmin edildiyi barədə məlumat verdik.

meqale.com Trend-ə istinadən bildirir ki, "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçən erməniəsilli şəxslərdən birinin Azərbaycan dilində oradakı abu-hava barədə nitqi diqqətdən qaçmayıb.

Xankəndi-Gorus istiqamətində Laçın sərhəd-buraxılış məntəqəsindən keçid edən bu erməniəsilli şəxs sərbəst keçidin təmin olunmasından razılığını azərbaycanlı jurnalistlərə açıqlamasında "Hər şey qəşəngdir" deyə reaksiya verib.

Qeyd edək ki, bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.

meqale.com