Laçına köçürülən sakinlərin sayı açıqlanıb
İşğaldan azad olunandan sonra Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb.
meqale.com xəbər verir ki, bunu Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda beynəlxalq konfransda deyib.
O bildirib ki, Laçında yenidən qurma işləri sürətlə davam etdirilir.