Laçında 32 ildən sonra bayram tonqalı qalandı - YENİLƏNİB - VİDEO - FOTO

Laçında 32 ildən sonra ilk dəfə olaraq Torpaq çərşənbəsinin tonqalı qalanıb.

Laçında 32 ildən sonra bayram tonqalı qalandı - YENİLƏNİB - VİDEO - FOTO
Laçında 32 ildən sonra ilk dəfə olaraq Torpaq çərşənbəsinin tonqalı qalanıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bayram tədbirində Novruz tonqalı qalanıb.

Tonqalın ətrafına yığışan Laçın sakinləri yallı rəqsi oynayıblar.

Bununlada bayram tədbiri başa çatıb.

-------

15:36

Laçında "Can Laçın" Novruz Yarmarkası keçirilir.

meqale.com Trend-ə istinadən bildirir ki, Laçın sakinləri illər sonra Baharı öz doğma vətənində qarşılayır.

"Can Laçın" Novruz Yarmarkasında həm Laçında ərsəyə gələn məhsullar və tanınmış sənətkarların əl işləri sərgilənir, həm də bayram şənliyində milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunur.

"Can Laçın" Novruz Yarmarkası Novruzun son çərşənbəsi olan Torpaq çərşənbəsi günündə Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə Xüsusi Nümayəndəliyi, Bakı Abadlıq Xidməti MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Həkəri çayı kənarında keçirilir.

Bayram günündə rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər tanınmış qonaqlar da iştirak edir. "Can Laçın" yarmarkasına usta Hüseyn Hacı Mustafazadə dünyada məşhur şəbəkələri, Aqil Kərimov milli üslubda hazırladığı papaqlarla, usta Zahid Vələdov milli musiqi alətləri ilə, Xalq Yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova şəxsi kolleksiyası ilə qoşulublar.

Bundan başqa, yarmarkada "Gilabi Ceramics", "İslimi", "Zili", "Darayı" milli brendlərinin məhsulları sərgilənir. Laçın torpağında becərilən kənd təsərrüfatı məhsulları, Laçın xanımlarının əl işləri və şirniyyatlar, Zerti Aqrosənaye kompleksinin məhsulları da yarmarkada yer alır.