Laçında ekskavator minaya düşüb

Laçında ekskavator tank əleyhinə minaya düşüb.

Laçında ekskavator minaya düşüb
Laçında ekskavator tank əleyhinə minaya düşüb.

meqale.com verir ki, hadisə rayonun Qazıdərə kəndində qeydə alınıb. Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmadığı, texnikaya ziyan dəydiyi bildirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün saat 16 radələrində baş verib.

Faktla bağlı araşdırma aparılır.