Lalə əməliyyatlarından DANIŞDI - FOTO
Əməkdar artist Lalə Məmmədova açıqlamaları ilə diqqətləri üzərinə cəmləyib.
meqale.com bizim.media-ya istinadən bildriir ki, sənətçi sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablandırıb.
Onlardan birinin "Plastik əməliyyatdan sonra özgüvəniniz artıb?" sualına Lalənin cavabı belə olub:
"Daxili və xarici özgüvənim hər zaman olub. Səhnə olmasaydı yəgin ki, bu dəyişimlər də olmayacaqdı. Başqa səbəb yoxdur".
Ünvanlanan suallar arasında Məmmədova cavab verib ki, heç bir şou proqramlarda iştirak etmir:
"Artıq son beş ildir ki, restoranlarda keçirilən şou proqramlardan imtina etmişəm. Yalnız konsertlərdə və toy məclislərində iştirak edirəm".