Lavrov “olmalıdır” dedi, ancaq Türkiyəni “unutdu”
Hindistan, Braziliya kimi ölkələr və onlarla birlikdə Afrika nümayəndələri çoxdan Təhlükəsizlik Şurasının daimi əsasda üzvü olmalıdırlar.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumenti i Faktı" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, BMT TŞ-də "dünya çoxluğunun təmsilçiliyini" təmin etmək lazımdır.
Qeyd edək ki, bazırda BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var: Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çin. Buna qarşı ən ciddi tənqidlər səsləndirən isə Türkiyə Prezidenti Ərdoğandır. Onun "Dünya 5-dən daha böyükdür" sözləri artıq siyasi gündəmə çevrilib.