Lavrov: Rusiya kapitulyasiya etməyəcək
"Qərb ölkələrinin Ukrayna ilə bağlı hazırkı mövqeyi ölkəmizin mövqeyinin qulaqardı edilməsi və Rusiyanın kapitulyasiyasını gözləməkdən ibarətdir".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, lakin kapitulyasiya olmayacaq: "Bu baş verməyəcək. Xüsusi hərbi əməliyyatın bütün məqsədləri yerinə yetiriləcək, buna heç bir şübhə yoxdur".