Lebron Ceyms rekordunu yenilədi
"Los-Anceles Leykers"in basketbolçusu Lebron Ceyms əfsanəvi Mayk Cordanın rekordunu təkrarlayıb.
meqale.com xəbər verir ki, təcrübəli oyunçu buna NBA-da "Qolden Steyt Uorriors"a 120:112 hesabı ilə qalib gəldikləri matçda nail olub.
Görüşü 42 xal, 17 ribaund və 8 məhsuldar ötürmə ilə tamamlayan L.Ceyms 40 yaşdan yuxarı oyunçular arasında bir görüşdə bu göstəriciyə çatan ikinci basketbolçu kimi tarixə düşüb.