Lənkəranda qəza - xəsarət alanlar var - FOTO
Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Kərgəlan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com-ın xəbərinə görə, hərəkətdə olan "Lada" markalı nəqliyyat vasitəsi, "KIA" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində iki nəfər 1996-cı il təvəllüdlü Xaliq Heybət oğlu İsmayılzadə (arterial hipertanziya, döş qəfəsinin küt travması) və 1971-ci il təvəllüdlü Yeganə Abasət qızı İsmayılova (burunun sınığı, döş qəfəsinin küt travması) xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.