Lerikin bəzi kəndləri işıqsız qalacaq
Bu gün Lerik rayonunun bir sıra yaşayış məntəqələrində elektrik təchizatında məhdudiyyətlər olacaq.
"Azərişıq" ASC-dən meqale.com-a verilən məlumata görə noyabrın 28-də Lerik Elektrik Şəbəkəsinin ərazisində 35 kV-luq "Lerik-1" və "Lerik-2" hava xətlərində təmir və ağacların budanması işləri aparılacaq.
Bu səbəbdən saat 10:30-dan 12:30-a qədər Diryan, Gürdəsər, Lərmərud, Livədirqə, Nücü, Şingədulan, Zenoni və Züvüç kəndlərində elektrik enerjisi müvəqqəti olaraq kəsiləcək.
Qurumdan bildirilib ki, işlər tamamlandıqdan sonra həmin kəndlərin elektrik təchizatı daha stabil və keyfiyyətli olacaq.