Lətifə Soyuöz Filarmoniyadan getdi
Müğənni Lətifə Soyuöz Azərbaycan Dövlət Akademik Filarmoniyasındakı fəaliyyətinə son qoyub.
meqale.com kult.az-a istinadən xəbər verir ki, vokal ifaçısı bu barədə televiziya verilişlərinin birində danışıb.
"Şükür olsun ki, yollarımı ayırdım. Yenilik, fərqlilik istəyirəm. Bəzi məqamlarda, musiqi sərhədsizdir. 2024-cü ilə doğru gedirik, dünyada musiqi sahəsində başqa məqamlar yaşanır. Çox başqa mövzular var idi. Baxırsan ki, inkişafın bir yerə qədərdir, buradan o tərəfi yoxdur. Gözləntilərimi qarşılamırdı", - vokal ifaçısı bildirib.