Leyenin yenidən AK sədri seçilməsini istəmirik, çünki...
Macarıstan Avropa Komissiyasının sədri Ursula fon der Leyenin qərarlarının Avropa ölkələrində təhlükəsizlik vəziyyətinin gərginləşməsinə səbəb olmasına görə yenidən seçilməsini istəmir.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib.
"Ümid edirik ki, Leyen mandatının bitməsinə qədər Avropadakı vəziyyəti daha da pisləşdirəcək bəyanatlar və qərarlar verməyəcək", - o qeyd edib.