Leysan yağışı Astarada elektrik dirəklərini aşırdı - Heyvanlar tələf oldu - FOTO
Astarada yağan güclü yağışlar təsərrüfatlara ciddi ziyan vurur.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, leysan yağışı nəticəsində Astara rayonunun ucqar dağ kəndi Diqolidən keçən 10 kv-luq elektrik dirəkləri də aşıb. Elektrik naqillərinin yerə düşməsi nəticəsində heyvanları cərəyan vurub.
Belə ki, inəklərin tələf olması nəticəsində sakinlərə ümumilikdə 3000 manata yaxın ziyan dəyib.
Hazırda əraziyə texnika cəlb olunub. Problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Qeyd edək ki, bölgədə yağışlı hava şəraiti davam edir.