Livan İsrailə çox sayda raket və mərmi atdı
İsrail hərbçiləri Livandan İsrailin şimalındakı Yuxarı və Qərbi Qaliley ərazilərinə çoxsaylı raket və mərmi atışlarını qeydə alıblar.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
Mərmilərdən biri İsrailin şimalındakı Avivim kəndi yaxınlığında düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.