Livan İsraili atəşə tutan silahlıları həbs etdi
Livan Ordusu martın 28-də İsrailin şimal rayonlarını atəşə tutan silahlıları həbs edib.
meqale.com-ın xəbərinə görə, Livan Ordusu İsrail ərazisinə raket atılmasında iştirak edən suriyalı və fələstinlilərdən ibarət qrupu saxlayıb.
İsrail ölkənin şimalındakı Kiryat-Şmon şəhərinin martın 28-də atəşə tutulmasına cavab olaraq Livanın cənubundakı Hizbullah obyektlərinə, o cümlədən Beyruta aviazərbələr endirib. Bu, 27 noyabr 2024-cü ildə imzalanan atəşkəsdən sonra Beyruta endirilən ilk zərbələr olub.