"Liverpul" 20-ci dəfə İngiltərə çempionu oldu
Futbol üzrə İngiltərə Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi müəyyənləşib.
meqale.com xəbər verir ki, XXXIV turun bağlanış oyununda doğma meydanda "Tottenhem"i 5:1 hesabı ilə məğlub edən "Liverpul" sona 4 tur qalmış ölkə çempionu olub.
Mersisayd təmsilçisinin qollarını Luis Dias, Aleks MakAllister, Kodi Qakpo, Məhəmməd Salah və Destini Udogi (avtoqol) vurublar. Qonaq komandadan isə Dominik Solanke fərqlənib.