“Liverpul” “Tottenhem”i darmadağın edib finala yüksəldi
İngiltərə Liqa Kubokunda ikinci finalçı bəlli olub.
meqale.com xəbər verir ki, yarımfinalda "Liverpul" və "Tottenhem" komandaları qarşılaşıb.
Görüş Mersisayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da, "Liverpul" adını finala yazdırıb. Klub finalda "Nyukasl" ilə qarşılaşacaq.