Londondan Sinqapura uçan təyyarədə QORXULU ANLAR - Ölən və yaralılar var
Sinqapur Hava Yollarına məxsus təyyarə güclü hava boşluğuna (türbülans) düşüb, ölən və xəsarət alanlar var.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə nəticəsində Londondan Sinqapura uçan təyyarədə bir sərnişin ölüb, 30-dan çox sərnişin yaralanıb.
Bildirilib ki, Sinqapura uçan Boeing 777-300ER Banqkoka yönləndirilib və yerli saatla 15:45-də eniş edib.
Aviaşirkətdən verilən məlumata görə, təyyarədə ümumilikdə 211 sərnişin və 18 ekipaj üzvü olub.