Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Belarus Ukrayna ilə sərhəddə nüvə başlıqlı raketlər daşıya bilən "İsgəndər" operativ-taktiki raket komplekslərini yerləşdirib.

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!
Belarus Ukrayna ilə sərhəddə nüvə başlıqlı raketlər daşıya bilən "İsgəndər" operativ-taktiki raket komplekslərini yerləşdirib.

meqale.com axar.az-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, bu, Ukrayna hərbçilərinin dövlət sərhədləri zonasında fəallığının artmasına cavab idi:

"Polonez" və "İsgəndər" raket sistemləri sərhədə gətirilib. Onların hansı sursatları olduğunu da bilirsiniz".

Lukaşenko qeyd edib ki, bundan əlavə, Belarus və Rusiyanın HHQ və HHM qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir. O, Ukraynanı sərhəddə qarşıdurma törətmək cəhdlərinə qarşı xəbərdarlıq da edib:

"Qırmızı xətlər" yoxdur, əvvəlcədən müəyyən edilmiş hədəflərə bütün növ silahlarla zərbələr var. Bizim edəcəyimiz budur".