Lukaşenko: Üçüncü Dünya müharibəsi başlaya bilər
Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən deyib.
Belarus lideri vurğulayıb ki, hazırda davam edən HAMAS-İsrail münaqişəsinin miqyasının genişlənməsinin qarşısı alınmazsa, Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər.
Lukaşenkonun sözlərinə görə, İsrail və ABŞ qüvvələri İranla döyüşə başlasalar mütləq cavab alacaqlar: "Hazırda vəziyyəti gərginləşdirən İran deyil, onlar (İsrail və ABŞ - red.) iranlıları müharibəyə dartmağa çalışırlar".
Belarus Prezidentinin fikrincə HAMAS döyüşçülərinin İsrail ərazilərinə hücumunda İranın iştirakına dair faktlar yoxdur.