Mabel Matizin sevənlərinə qorxulu xəbər - Virusa yoluxdu
Türkiyəli məşhur müğənni Mabel Matizin COVID-19 testi müsbət çıxıb. O, 17-18 iyul tarixlərində Harbiye Açıq Səhnədə keçirilməsi planlaşdırılan və bütün biletləri satılmış konsertlərinin təxirə salındığını elan edib.
meqale.com xəbər verir ki, sosial media hesabında paylaşım edən sənətçi bildirib ki, COVID-19-a bağlı yuxarı tənəffüs yolları infeksiyası səbəbilə səhnəyə çıxması həkimlər tərəfindən məsləhət görülməyib: "Səhnəyə çıxıb sizə layiq olduğunuz konserti verə bilmədiyim üçün çox təəssüflənirəm", - deyə Matiz yazıb.
Konsertlər ləğv olunmayıb, sadəcə daha sonrakı tarixə təxirə salınıb. Yeni tarixlər Mabel Matizin rəsmi kanalları vasitəsilə açıqlanacaq.