Macarıstan və Türkiyə arasında prioritet strateji tərəfdaşlıq elan edildi
Macarıstan və Türkiyə arasında prioritet strateji tərəfdaşlıq sazişi imzalanıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bununla da, iki ölkə arasında münasibətlər səviyyəsi yüksəlib.
Sənədi Macarıstanın Baş naziri Viktor Orban və Budapeştə bir günlük səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Liderlər həmçinin Strateji Əməkdaşlıq Şurasının iclasını, daha sonra isə birgə mətbuat konfransı keçiriblər və burada 21-ci əsrdə birlikdə qələbəyə nail olmaq üçün müttəfiqlik münasibətlərini inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.