Madrid nəhəngi ulduz forvardını itirdi

"Real Madrid"in hücumçusu Rodriqo Braziliya millisində olarkən zədələnib. 

Madrid nəhəngi ulduz forvardını itirdi
"Real Madrid"in hücumçusu Rodriqo Braziliya millisində olarkən zədələnib. 

meqale.com fanat.az-a istinadən xəbər verir ki, informasiyanı nüfuzlu AS nəşri yayıb. 

İddiaya görə, ulduz oyunçu "kral klubu"nun düşərgəsinə dizindən zədə alaraq qayıdıb.

Bu səbəbdən 22 yaşlı cənubi amerikalı komandanın kollektiv məşqində iştirak etməyib. Rodriqo bərpa kursu keçəcək. "Real" ümid edir ki, futbolçunun zədəsi ciddi deyil. 

Bununla belə, hücumçunun qarşıdakı "Kadis" və "Napoli" ilə matçlarda iştirakı sual altındadır.

Rodriqo bu mövsüm paytaxt təmsilçisinin heyətində 17 matça çıxıb. Forvard bu görüşlərdə 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun