Mahaçqala hava limanı oktyabrın 31-də fəaliyyətini bərpa edəcək

Mahaçqala hava limanı sabah gecə saatlarında açıq olacaq.

Mahaçqala hava limanı oktyabrın 31-də fəaliyyətini bərpa edəcək
Mahaçqala hava limanı sabah gecə saatlarında açıq olacaq.

meqale.com APA-ya istinadən bildirir ki,  bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi "Telegram" kanalında məlumat yayıb.

Bildirilib ki, hava limanında vəziyyət sabitləşdiyindən elanolunmuş xəbərdarlığa düzəliş edilib.

Təyyarələrin qəbulu 31 oktyabr 2023-cü il, saat 02:59-dək dayandırılır.

Daha əvvəl Mahaçqala aeroportunun noyabrın 6-dək bağlı olacağı bildirilmişdi.