Nigerdə Fransa əleyhinə aksiya keçirildi
Nigerin paytaxt Niameydə Fransanın hərbi mövcudluğuna qarşı yeni etiraz aksiyası keçirilib.
meqale.com Trend-ə istinadən bildirir ki, aksiyaya minlərlə insan qatılıb.
Qeyd edək ki, Fransa Nigerdəki hərbi çevrilişi pisləyib, üsyançıların hökumətini tanımayıb və həbs edilmiş prezident Məhəmməd Bazum və ailə üzvlərinin azadlığa buraxılmasını tələb edib.