Mahaçqaladakı insidentə görə 201 nəfər saxlanılıb
Oktyabrın 29-u Mahaçqala hava limanında baş verən insidentdə iştirak edən şəxslərin kimliyinin təyin edilməsi ilə bağlı tədbirlər davam etdirilir.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, ictimai asayişi pozmaqda təqsirli bilinən 201 nəfər saxlanılıb.
Bununla yanaşı, iğtişaşlarda iştirak edənlərin idarə və istifadə etdiyi 204 nəqliyyat vasitəsi təyin edilib.
Daha əvvəl yayılan məlumatda 83 nəfərin saxlanıldığı bildirilirdi.