Mahir Emrelidən geridönüşü ilə bağlı PAYLAŞIM
"Beş aydan sonra meydana çıxmağım məni həyəcanlandırdı".
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan yığmasının hücumçusu Mahir Emreli deyib.
26 yaşlı futbolçu uzun müddətdən sonra Zaqreb "Dinamo"sunun heyətində meydana çıxmasına münasibət bildirib. O, bununla bağlı şəxsi instaqram səhifəsində paylaşım edib: "Uzun müddətdən sonra oyuna çıxıb, qələbə qazanmaq çox xoş duyğulardır. İnanılmaz dəstəyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm".