Mahir Emrelinin son vəziyyəti açıqlandı

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin son durumu müəyyənləşib.

Mahir Emrelinin son vəziyyəti açıqlandı
Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin son durumu müəyyənləşib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci Bundesliqanın "Fortuna Düsseldorf"a qarşı 31-ci tur matçında (3:3) əlindən zədə almış və son məşqlərə xüsusi şinlə çıxmışdı.

"Nürnberq"in rəsmi saytı Emrelinin son vəziyyətini açıqlayıb. Qeyd edilib ki, o, mayın 4-də "Elbersberq"a qarşı 32-ci turun ev oyununda meydana çıxa biləcək və bu zədə hücumçu üçün problem yaratmır.