Mahir Emrelinin taleyi məlum oldu
Azərbaycan millisinin üzvü Mahir Emreli çıxış etdiyi II Bundesliqa təmsilçisi "Nürnberq"dən ayrılacaq.
meqale.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə Almaniya təmsilçisi arasında mövsümün sonunda bitəcək müqavilə yenilənməyəcək. Tərəflər əməkdaşlığı davam etdirməmək barədə razılığa gəliblər.