Mahir oynadı, "Dinamo" qələbə qazandı
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) yoxlama oyunu keçirib
meqale.com qol.az-a istinadən xəbər verir ki, Xorvatiya təmsilçisi Sloveniya "Roqask"ı ilə qarşılaşıb. Matç "Dinamo"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu Sandro Kulenoviç vurub.
Oyun 3 hissədən ibarət olub (hər biri 30 dəqiqə). Matçda Mahir Emreli də iştirak edib.