Makron dünyanı nüvə savaşına sürükləyir - Narışkin
Fransa Prezidenti Emmanuel Makron və digər avropalı liderlərin Ukraynaya NATO hərbçilərinin göndərilməsi ilə bağlı açıqlamaları olduqca təhlükəlidir.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.
O bildirib ki, sözügedən bəyanatlar Avropanın hazırki liderlərinin, xüsusən Fransa prezidentinin siyasi məsuliyyətsizliyini göstərir.
Narışkin əlavə edib ki, Qərbin bu kimi söyləntiləri dünyanı nüvə müharibəsinin astanasına gətirir.