Makron Yeni Kaledoniyada səfərdədir - VİDEO
Fransa Prezidenti Emmanuel Makron ölkənin dənizaşırı ərazisi olan Yeni Kaledoniyaya səfər edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Le Figaro" qəzeti yayıb.
Makronun sözlərinə görə, səfərində məqsəd ərazidə sabitliyin və təhlükəsizliyin yenidən təmin olunmasıdır.
O, həmçinin qeyd edib ki, bu yaxınlarda Yeni Kaledoniyada baş verən iğtişaşlara görə əraziyə göndərilən hüquq-mühafizə orqanlarının təqribən 3000 əməkdaşı hələ orada qalacaqlar: "Onlar nə qədər lazımdır, o qədər, hətta Olimpiya oyunları zamanı da orada qalacaqlar".
Fransa lideri Yeni Kaledoniyaya daxili işlər, müdafiə və dənizaşırı ərazilər üzrə nazirləri ilə birgə səfər edib.