Makron Yeni Kaledoniyaya gedir
Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyaya səfər edəcək.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa hökumətinin rəsmi nümayəndəsi Priska Teveno açıqlayıb.
Səfərin bu gün axşam baş tutacağı bildirilir. Bildirilir ki, səfər əvvəlcədən planlaşdırılmadığından Fransa liderinin qrafikində dəyişiklik edilib. Belə ki, o, Normandiyaya səfər etməyə hazırlaşırdı.