Maliyyə Nazirliyi yüksək məbləğdə artıq və əsassız ödənişlər AŞKAR ETDİ

2023-cü ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 126 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.

Bu barədə meqale.com Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin dövrdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğundan və hüquq mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə Maliyyə Nazirliyinə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub.