"Mançester"in oyunçusu üçün fantastik TƏKLİF

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Brunu Fernandeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Brunu Fernandeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

meqale.com xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Əl-Hilal"ın transfer siyahısındadır.

Səudiyyəlilər "qırmızı şeytanlar"a Fernandeş üçün 120 milyon avroluq təklif hazırlayıb.

"Əl-Hilal" 31 yaşlı futbolçuya isə illik 77 milyon avro məvaciblə 3 illik müqavilə təklif edəcək.

Qeyd edək ki, Brunu Fernandeşin "Mançester Yunayted"lə sözləşməsi 2027-ci ilin yayına qədərdir. O, cari mövsüm ərzində meydana çıxdığı 56 oyunda 19 qol və 18 məhsuldar ötürmə müəllifi olub. /Teleqraf