"Mançester Yunayted" 5 futbolçusu ilə müqaviləni uzadır
"Mançester Yunayted" bir neçə futbolçusu ilə müqaviləsini uzatmağa hazırlaşır.
meqale.com qol.az-a istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Erik Ten Haq danışıb.
O deyib:
"Biz Rafael Varan və Entoni Marsialla danışıqlar aparırıq. Bunlar klubun və futbolçuların daxili işləridir. Biz həmçinin Aaron Van-Bissaka, Viktor Lindelof və Hannibal Meybri üçün müqavilənin uzadılması variantını aktivləşdirmişik".