“Mançester Yunayted” hakimin şübhəli qərarı ilə qalib gəldi
İngiltərə Premyer Liqasının 1/16 finalında "Mançester Yunayted" "Lester"i qəbul edib.
meqale.com xəbər verir ki, baş hakim Maykl Solsberinin idarə etdiyi matç "Old Trafford"da baş tutub.
Oyunda hesabı "tülkülər" açıb: 42-ci dəqiqədə De Kordova-Rid qapıçı Onananı məyus edib. "Qırmızı şeytanlar"ın cavabı isə ikinci hissədə gəlib: 68-ci dəqiqədə Zirkze status-kvonu bərpa edib. Oyunda son nöqtə isə əsas vaxt əlavə edilmiş 3-cü dəqiqədə vurulub: Brunu Alveşin ötürməsindən sonra Harri Maquayr topu tora göndərib. Videotəkrarda ingiltərəli futbolçunun ofsaydda olduğu ortaya çıxsa da, turnirin bu mərhələsində VAR mövcud olmadığına görə qol ləğv edilməyib.