“Mançester Yunayted” öz meydanında da aciz qaldı
Futbol üzrə İngiltərə çempionatının XIX turunun matçında "Nyukasl" səfərdə "Mançester Yunayted"i 2:0 hesabı ilə məğlub edib. Görüş "Old Trafford" stadionunda baş tutub.
meqale.com bildirir ki, qolları Aleksander İsak (4-cü dəqiqə) və Joelinton (19-cu dəqiqə) vurublar.
"Mançester Yunayted" İngiltərə çempionatında ardıcıl üçüncü, altı oyunda isə beşinci dəfə məğlub olub. Komanda 22 xal toplayıb və turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. "Nyukasl" ardıcıl dördüncü qələbəsini qazanıb və 32 xalla 5-ci yerdədir.