MAQATE-dən Kursk AES-lə bağlı bəyanat

Kursk vilayətindəki AES-dəki vəziyyətlə əlaqədar MAQATE rəhbəri Rafael Qrossi bəyanat verib.

MAQATE-dən Kursk AES-lə bağlı bəyanat
Kursk vilayətindəki AES-dəki vəziyyətlə əlaqədar MAQATE rəhbəri Rafael Qrossi bəyanat verib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, Kursk vilayətindəki vəziyyət fonunda MAQATE rəhbəri bütün atom elektrik stansiyalarının, o cümlədən Kursk AES-in təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini bildirib.

MAQATE rəhbəri Rusiya və Ukrayna ilə təmasda olduğunu bildirib və həmçinin nüvə qəzasının qarşısını almaq üçün tərəfləri maksimum təmkinli olmağa çağırıb.

Qeyd edək ki, bir müddət öncə Kursk AES-in yerləşdiyi Kurçatovda və transformator yarımstansiyasında yanğın baş verib.