MAQATE rəhbəri Kurska səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) təşkilatın rəhbəri Rafael Qrossinin Kursk AES-ə səfər etməyə hazır olduğunu açıqlayıb.

MAQATE rəhbəri Kurska səfər edəcək
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) təşkilatın rəhbəri Rafael Qrossinin Kursk AES-ə səfər etməyə hazır olduğunu açıqlayıb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov Teleqram kanalında yazıb.

"MAQATE-nin baş direktoru Rafael Qrossi Rusiyanın Ukrayna tərəfinin ehtiyatsız və təxribatçı hərəkətləri nəticəsində təhlükəsizliyi təhdid edilən Kursk AES-ə baş çəkmək dəvətinə dərhal cavab verib",- o bildirib.

Rusiyanın daimi nümayəndəsinin sözlərinə görə, MAQATE rəhbəri çox yaxında atom stansiyasına gələ bilər.