Marin Le Pen: Aİ ona üzv olan dövlətlər üçün təhlükədir
"Avropa İttifaqı ona üzv olan dövlətlər üçün təhlükədir".
meqale.com APA-ya istinadən bildirir ki, bunu Fransa parlamentinin "Milli Birlik" fraksiyasının lideri Marin Le Pen deyib:
"Avropa İttifaqı Avropa demək deyil. Bu, sadəcə olaraq bir neçə onillik boyunca həm ölkələrimizə, həm də iqtisadiyyatımıza daha az fayda verdiyi sübuta yetirilən kontinental əməkdaşlıq formasıdır".
O həmçinin sözü gedən qurumda islahatların aparılmasını, eləcə də üzv dövlətlərə daha çox səlahiyyətin verilməsini təklif edib.