Mariya Buriç Əli Nağıyevə təşəkkür etdi - FOTO

Avropa Şurasının baş katibi Mariya Buriç Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə təşəkkür edib.

Mariya Buriç Əli Nağıyevə təşəkkür etdi - FOTO
Avropa Şurasının baş katibi Mariya Buriç Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə təşəkkür edib.

meqale.com Trend-ə istinadən bildirir ki, Buriç bu barədə "X" hesabında yazıb.

"Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin Orqan alverinə qarşı Konvensiyanı imzalamasına görə cənab Əli Nağı oğlu Nağıyevə təşəkkür edirik", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Avropa Şurasının Orqan alverinə qarşı Konvensiyası hökumətləri canlı və ya ölmüş donorlardan insan orqanlarının qanunsuz çıxarılmasını cinayət kimi müəyyən etməyə çağırır.