"Marketlər cibimizə girir"

Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov marketlərdəki saxta endirimlərdən danışıb. 

Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov marketlərdəki saxta endirimlərdən danışıb. 

meqale.com xəbər verir ki, M.Rəsulov "Xəbər ertəsi" verilişində alış-veriş zamanı başına gələn hadisəni danışıb. O bildrib ki, marketlərdə yalançı endirim yazıları ilə insanları aldadırlar: 

"Məhsulun üstünə böyük hərflərlə "endirim" yazıblar. Malı götürdüm, yaxınlaşdım kassaya. Baxıram ki, endirimli qiymət deyil. Cavab verirlər ki, endirim sabahdan qüvvədə olacaq. Kağıza çox balaca formda yazıblar filan tarixdən. O zaman niyə indi qoyursan? Gecə, səhərəyaxın qoy bunu".