Masazırda güclü yanğın söndürüldü - yenilənib - VİDEO - FOTO

00:04

Masazırda güclü yanğın söndürüldü - yenilənib - VİDEO - FOTO
00:04

Xəbər verildiyi kimi, Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verib.

meqale.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın ətraf ərazilərə, o cümlədəm yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

----------- Abşeronda güclü yanğın başlayıb.

meqale.com oxuya istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi ərazisində baş verib.

Yanğın qısa müddətdə onlarla hektar ərazini əhatə etməyə başlayıb, miqyası genişlənməkdədir.

Hadisə ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.