Maşında alışqan yandırdı, partlayış oldu - 1 ölü, 1 yaralı - FOTO

Türkiyədə avtomobildə əyləşən gənc, çaxmaq yandırarkən partlayış baş verib.

Maşında alışqan yandırdı, partlayış oldu - 1 ölü, 1 yaralı - FOTO
Türkiyədə avtomobildə əyləşən gənc, çaxmaq yandırarkən partlayış baş verib.

meqale.com baku.ws-ə istinadən bildirir ki, hadisə Samsun şəhərinin Canik rayonunda qeydə alınıb.

Mustafa Bal və Gökay Aslan səhər saatlarında park edilmiş avtomobilə əyləşərək bir müddət söhbət ediblər. Bu vaxt Bal alışqanı yandırmaq istəyəndə partlayış olub.

Hadisə yerinə polis və tibb qrupları göndərilib. Həkimlər tərəfindən aparılan müayinədən sonra Mustafa Balın öldüyü müəyyən edilib.