Maşınla vurdu, ürəyi "soyumadı", dəmir çubuqla döyüb ÖLDÜRDÜ
Türkiyənin Əskişəhər vilayətinin Çifteler rayonunda baş verən dəhşətli hadisə ilə bağlı jandarma qrupları şübhəli şəxsi tutmaq üçün əməliyyat aparır. meqale.com xəbər verir ki, məlumata görə, Y.N. adlı şəxs kənd sakini Əhməd Çalıkı avtomobillə vurub, daha sonra maşından düşərək ona hücum edib.
Hadisə Çifteler rayonunun Orta kəndində baş verib. Şübhəli Y.N.-nin heyvandarlıqla məşğul olan Əhməd Çalıkı qəsdən maşını ilə vurduğu, daha sonra isə dəmir çubuqla başına dəfələrlə zərbə endirdiyi bildirilib.
Ağır yaralanan Əhməd Çalık hadisə yerinə çağırılan təcili yardım tərəfindən Əskişəhər Şəhər Xəstəxanasına aparılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra Jandarma qrupları şübhəlinin tutulması üçün genişmiqyaslı axtarış əməliyyatına başlayıb. Maşın daha sonra Sivrihisar yaxınlığında aşmış vəziyyətdə tapılıb. Məlum olub ki, Y.N.-nin Afyonkarahisarın Emirdağ rayonunda qohumlarının olduğu ehtimal edilir.