Maskın şirkəti Ermənistanda lisenziya aldı
Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyası respublikada "Starlink" şəbəkəsinin fəaliyyəti üçün lisenziya verib.
meqale.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın sənaye naziri Mxitar Ayrapetyan məlumat verib.
"Dekabrın 4-də və 13-də Ermənistanın Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasında keçirilən iclasların qərarları ilə "Starlinkam" SC-nin Ermənistan Respublikası ərazisində fəaliyyəti ilə bağlı müraciətləri təmin edilib", - o, sosial şəbəkə hesabında yazıb.